“ÜÇTƏRƏFLİ BƏYANATIN İCRASINI HEÇ KİM LƏNGİDƏ BİLMƏZ” - "Bunun alternativi yalnız müharibədir!" + VİDEO

639 20-11-2020, 22:13 cemiyyet / dunya / video

“ÜÇTƏRƏFLİ BƏYANATIN İCRASINI HEÇ KİM LƏNGİDƏ BİLMƏZ” - "Bunun alternativi yalnız müharibədir!" + VİDEOAzərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın icrasını ləngitmək istəyən insanlar başa düşməlidirlər ki, bunun alternativi yalnız müharibədir.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı iclasda bildirib.

O qeyd edib ki, belə bir şey baş versə, müharibədə ölənlərin qanı həmin adamların əlində qalacaq: “Hər kəs bunu dərk etməlidir və öz-özünə bununla bağlı hesabat verməlidir”.


Dağlıq Qarabağdakı kimi münaqişələr və onların tənzimlənməsi Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda sülhməramlı əməliyyata həsr olunmuş iclasda çıxışı zamanı bildirib.

“Bizim üçün, Rusiya üçün bu tip münaqişələr və onların həlli xüsusi dəyər və xüsusi əhəmiyyət daşıyır, xüsusi rol oynayır”, - deyə V.Putin qeyd edib.

Rusiya prezidenti bildirib ki, Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi daxili təhlükəsizliyin təmin edilməsi baxımından vacibdir.

“Rusiyada milyonlarla azərbaycanlı və erməni yaşayır. Bizi bu respublikalarla çox əsrlik bağlar birləşdirir. Bu mənada bizim üçün daxili-siyasi ölçü də var və daxili təhlükəsizliyin təmin edilməsi, siyasət baxımından çox böyük maraq doğurur”, - deyə V.Putin qeyd edib.


XƏBƏR LENTİ