Bakı Humanitar Kollecində məmur özbaşınalığı: "Şamtutan" direktor 67 işçini qanunsuz işdən azad edir - VİDEO

Bakı Humanitar Kollecində məmur özbaşınalığı: "Şamtutan" direktor 67 işçini qanunsuz işdən azad edir - VİDEO Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin nəzdində olan Bakı humanitar kollecində növbəti qanunsuzluq baş verib. Zaman-zaman ölkə gündəmində "şamtutan", covidli xəstələri məcburi işə çıxarmaqla gündəmə gələn kollec direktoru Nərmin Qaralova bu dəfə tədris ocağının 67 işçisini eyni zamanda işdən çıxarıb.

İşdən azad olunan pedoqoqlar işdən qeyri-qanuni çıxarıldıqlarını iddia edirlər. Redaksiyamıza məlumatı verən mənbə eyni zamanda kollecin direktor müavini Kamran Mənsimovun da gizli səs yazısını təqdim edib. Səs yazısında direktor müavini bildirir ki, "əlimizdə nazirliyin arayışı var. Siz işə qanunsuz qəbul olunmusunuz" Məsələ ilə bağlı kollecin müəllimləri Təhsil Nazirliyinin əməkdaşı Nicat Məmmədli ilə görüşüblər. Nazirlik rəsmisi adı çəkilən kollecə işçilərin işdən azad olunmaları üçün Nazirlik tərəfindən heç bir arayış verilmədiyini bildirib.

Bakı Humanitar Kollecində məmur özbaşınalığı: "Şamtutan" direktor 67 işçini qanunsuz işdən azad edir - VİDEO

İşdən qanunsuz azad edilən pedoqoqlar eyni zamanda iddia edirlər ki, onlara qarşi olunan bu təzyiq kollec rəhbərliyindən ölkə başçısına şikayət məktubu ünvanlamaları ilə əlaqədardır. Qeyd edək ki, Bakı Humanitar kollecinin müəllim heyəti kollec direktoru Nərmin Qaralovanın qanunsuz hərəkətlərindən 2021-ci aprel ayında ölkə başçısına şikayət məktubu ünvanlayıblar. (Azerses TV)


Bakı Humanitar Kollecində məmur özbaşınalığı: "Şamtutan" direktor 67 işçini qanunsuz işdən azad edir - VİDEO

  • 27-09-2021, 16:21
  • 723


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda televiziya aparıcısı olan Şəbnəm Naibli Türkiyə kanalında veriliş açıb
  2. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  3. Eldar Həsənov xəstəxanadan təcridxanaya qaytarılıb
  4. Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlanıb - YENİLƏNİB
  5. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  6. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  7. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  8. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  9. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  10. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI