"Qəhrəmanları yaşadan qəhrəmanlardır" layihəsinin icrası başa çatıb - FOTOLAR

1 552 16-12-2021, 17:02 cemiyyet / bolge

"Qəhrəmanları yaşadan qəhrəmanlardır" layihəsinin icrası başa çatıb - FOTOLAR
"Qəhrəmanları yaşadan qəhrəmanlardır"
Təhsildə İnkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib layihələrindən biri də “ Qəhrəmanları yaşadan qəhrəmanlardır” layihəsinin icrası başa çatıb
Xeberdar.net'in Aran bürosunun məlumatına görə, layihə rəhbəri R. Quliyev adına Kürdəmir şəhər 5 №li tam orta məktəbin təsviri incəsənət müəllimi Afaq İsmayılovadır.

Xeberdar.net'ə verdiyi açıqlamada o bildirib ki, təsviri incəsənət müəllimi olduğum üçün həmişə yeniliklərə can atıram , ikinci dəfədirki layihə qalibiyəm, keçən il IV Qrant müsabiqəsində yazdığım layihəni uğurla icra etdim. Təhsil Nazirliyinin şəffaflığı nəticəsində ölkəmizdə bir –birindən maraqlı layihələr icra olunur. Bu Layihənin məqsədi şagirdlərin estetik tərbiyəsi ilə vətənpərvərlik tərbiyəsinin həyata keçirilməsində hərtərəfli və ahəngdar şəxsiyyət formalaşması nəticəsində şəhid qəhrəmanlarımızı şagirdlərə tanıtmaq. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək, böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin qarşısında duran və layihənin nəhayətində dayanan məqsədlərdən biridir. Bu məqsədə çatmaq üçün “Qəhrəmanları yaşadan qəhrəmanlardır” layihəsi aşağıdakı vəzifələri öhdəsinə götürür. Şagirdlərimizə Kürdəmir rayonundan olan şəhid qəhrəmanlarımızı tanıtmaqla yanaşı onların əqli və estetik inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmək üçün plastilinlə şəhidlərin xatirəsinə relyef yapma nümunələri üzərində işləmək . Bütün dünyada həkimlər və pediatrlar təsdiq edirlər ki, plastilin boş əyləncə deyil, həmdə faydalı, özünəməxsus masajordur, uşaqların həm yaradıcılıq potensialının həmdə bütün orqanizmlərinin inkişafına müsbət təsir edir. Motorik bacarıqları inkişaf etdirib əzələləri gücləndirmək, uşaqlar plastilinlə şəhid qəhrəmanlarımızın berelyefini hazırlayarkən barmaq uclarındakı kiçik əzələlərin güclənib inkişaf etməsinə, yardımçı olar. Plastilinlə şəhid qəhrəmanlarımızın obrazını barelyefini hazırlayan şagirdlərin əl- göz koordinasiyası formalaşar, qavrama bacarıqları artir, həmdə rayonumuzdan olan şəhidlərin keçdiyi həyat yolunu öyrənir onları yaxından tanıyır. Plastilinlə şəhid qəhrəmanların barelyefini hazırlayan şagirdlərdə ətraf aləmə şəhidlərimizə, onların ailələrinə, şəhid övladlarına düzgün münasibət, yüksək əhval –ruhiyyə, mübarizlik, düzgün obyektiv- siyasi-ictimai mövqe tərbiyə olunur. Düzəltdiyi relyef yapma sayəsində şagirdlərin nələr hiss etdiyini, nələr istədiyi haqqda bilgilər alına bilər, yaradıcılığının fərqinə vardıqda, yəni fikrindəki formanı düzəltməyə çalışarkən istədiyi nəticəni aldıqda özlərini xoşbəxt hiss edirlər. Layihənin icrasına sentyabr ayının 15 dən başlayıb. oktyabr ayının ilk həftəsindən həftədə bir dəfə olmaqla hər şənbə günü eyni vaxtda həm canlı Kürdəmir Rayon Heydər Əliyev Mərkəzində həmdə onlayn olaraq təlimlər keçirdik. Layihənin Eksperti Kürdəmir Rayon Təhsil Şöbəsindən Osmanov Mehman Ekspert Heykəltəraş Rəssamlar İttifaqının üzvü Mirzəliyev Tamerlandır. Layihədə Kürdəmir Məktəblərindən 40 şagird iştirak edirdi onlar bu gün öz relyef kompozisiyalarını sərgilədilər.. Bu gün layihənin sərgi fəaliyyətinin yekun təqdimatı keçirildi. Yekun Tədbirdə Kürdəmir Rayon Təhsil Şöbəsinin Müdiri Rəfail Məmmədov , şəhid valideynləri Kürdəmir Rayon Heydər Əliyev Mərkəzinin Direktoru Seyidova Dürriyyə , Şəhər 1 saylı məktəbin təsviri incəsənət müəllimi və şagirdəri , Bağman kənd məktəbinin Təsviri incəsənət müəllimi və şagirdləri, Carlı kənd tam orta məktəbinin müəllimi və şagirdləri Xırdapay kənd tam orta məktəbinin müəllimi və şagirdləri, Atakişili məktəbindən şagirdlər, Kürdəmir şəhər 5 saylı məktəbin şagirdləri iştirak edirdi . kiçik məktəbli qəhrəmanlarımız hazırladığı Baralyeflərini Şəhid qəhrəmanlarımızın analarına hədiyyə edərkən özlərini çox xoşbəxt hiss edirdilər. Layihədə əməkdaşlıq edən müəllimlərə və Şagirdlərə sertifikatlar verildi. Layihə rəhbəri olaraq mən məqsədimə nail oldum . Düşünürəm ki, Bu layihə Kürdəmir məktəblilərində yeni nailiyyətlərə səbəb olacaq mükəmməl şəkildə vətənpərvər şəxsiyyət yetişdirilməsinə nail olacağıq.

"Qəhrəmanları yaşadan qəhrəmanlardır" layihəsinin icrası başa çatıb - FOTOLAR
"Qəhrəmanları yaşadan qəhrəmanlardır" layihəsinin icrası başa çatıb - FOTOLAR

Mirzə li

XƏBƏR LENTİ