QHT Masallıda narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirib

244 17-10-2024, 11:29 cemiyyet / bolge

QHT Masallıda narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçiribOktyabrın 16-da “Dünya Ana və Uşaqlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihəsi çərçivəsində Masallı şəhərindəki Masallı Dövlət Regional Kollecində tədbir keçirib.

Təbirdə Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollecin tərbiyə işləri üzrə direktor muavini Dilarə Hüseynova qonaqları təqdim edib. Dilarə Hüseynova cıxışında deyib ki, təhsil ocaqları uşaqların, yeniyetmələrin, gənclərin maariflənməsində, etik davranışlarının, şəxsiyyətlərinin formalaşmasında əhəmiyyətli dərəcədə rol oynayır. “Həm ümumitəhsil müəssisələrində, həm də orta ixtisas və ali təhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə üsulları, narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində təbliğat işləri aparılır, maarifləndirici tədbirlər həyata keçirilir”,- deyə bildirib.

Masallı RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloq Aybəniz Novruzova cıxışında bildirib ki, narkotik asılılığının qurbanları daha çox yeniyetmələr və gənclər olur: “Narkotika aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın ciddi ağırlaşmalarına səbəb olur. Narkoman tədricən özünə hörməti, əxlaqi keyfiyyətlərini itirir”.
Sonra “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva tədbirin əsas məqsədinin narkotik vasitələrin, narkomaniya ilə mübarizdə hər bir vətəndaşı fəallıq göstərməyə təşviq etməkdir: “Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan insanlara qarşı birgə mubarizə aparılmalıdı. Ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün əlimizdən gələni etməliyik”.
Layihəyə cəlb olunmuş ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov deyib ki, insanın fiziki, psixi və sosial rifahı üçün onun sağlam olması mütləqdir: “Biz hamımız canlıyıq, şüurluyuq və nəyin düz, nəyin səhv olduğunu düşünə, təhlil edə bilərik. Yetər ki, sağlam olmağı, sağlam təfəkkürə, sağlam ruha sahib olmağı istəyək. İstək varsa, inam varsa, zərərli, insanı məhv edəcək vərdişlərdən uzaq durmağı mütləq bacararıq”..
Tədbirin sonunda “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrası üçün göstərilən maliyyə dəstəyinə, Masallı Rayon İcra Hakimyyətinin başçısına və icra numayəndəsinə, tədbirin keçirilməsidə köməkliyə görə kollecin rəhbərliyinə təşəkkür edib.

XƏBƏR LENTİ