"Rusiyanın mebel bazarında ciddi boşluq var"

"Rusiyanın mebel bazarında ciddi boşluq var"Ukraynaya hücumundan sonra Rusiyaya tətbiq edilən embarqolar ilə əlaqədar olaraq bu ölkədə 4 fabriki olan IKEA fəaliyyətini azaldıb. Rusiya xaricdən, o cümlədən Türkiyədən mebel idxalını artırıb.

Marja xəbər verir ki, Türkiyənin Rusiyaya mebel ixracı yanvar-iyun dövründə 88,1% artaraq 65 milyon dollara çatıb.

Sənaye nümayəndələri Rusiyadan tələbatın artmaqda davam edəcəyini bildiriblər.

Mebel Sənayesi İş Adamları Dərnəyi (MOBSAD) sədri Nuri Gürcan, AA müxbirinə verdiyi açıqlamasında, 2021-ci ili 4,3 milyard dollarlıq ixracla bağlayan mebel sənayesinin bu ilin ilk yarısında 2,4 milyard dollarlıq ixracat etdiyini söyləyib.

Daxili bazardakı durğunluq səbəbiylə ixraca fokuslanan şirkətlərin, tədarük problemi səbəbilə Çindən Türkiyəyə tələbin dəyişməsindən sonra imkanlarını sürətlə artırdıqlarını qeyd edən Gürcan, bu dövrdə hər bir bazarın düzgün qiymətləndirilməsinin vacibliyinə diqqət çəkib.

Fransa, ABŞ və Almaniya kimi yüksək əlavə dəyəri olan ölkələrə ixracın artdığını qeyd edən Gürcan, Ukrayna müharibəsi ilə əlaqədar Rusiya bazarında ciddi boşluq olduğunu bildirib.

Nuri Gürcan, mebel nəhənglərindən biri olan IKEA-nın çıxış prosesinin Türkiyə istehsalçılarına Rusiyaya ixracatını artırmaq üçün fürsətlər təqdim etdiyini qeyd edərək deyib:

"Türkiyə Rusiyanın mebel idxal etdiyi ölkələr arasında 8-ci yerdədir. Keçən il bu ölkəyə 40 milyon dollara yaxın ixracat etdiyimiz halda, ilk yarıda bu rəqəmi üstələdik. İlk 6 ayda 88,1 faiz artımla 65 milyon dollara çatdıq. İlk dəfə 100 milyon dollardan çox ixracatla rekorda imza atacağımızı düşünürük. Rusiyada yüksək dizayn dəyərinə malik məhsullara maraq böyükdür. İdxal məhsullarına, xüsusən də Rusiyada böyük maraq var".

"Rusiyanın mebel bazarında ciddi boşluq var"

  • 1-08-2022, 16:51
  • 363


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. UKRAYNADA PARTİZAN HƏRƏKATI BAŞLAYIB - Ruslara xidmət edənlər öldürülür + FOTO
  2. Çin ordusuna məxsus 20 qırıcı Tayvanın hava məkanına daxil olub
  3. "BROKER" MMC-nin RƏHBƏRİ HƏBS EDİLDİ - DTX tərəfindən saxlanılıb + FOTO
  4. Müsəlmanların qətli məni qəzəbləndirir - Bayden
  5. Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub
  6. Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
  7. Ermənilərin yeni qorxusu: “Belə getsə, İrəvanı da itirəcəyik”
  8. Ünvanlı sosial yardımın məbləği artıb
  9. "Rusiya hərbçiləri kəndə nəzarəti bir neçə dəfə artırıblar...”- Zabuğa gəlmiş Petrosyan...
  10. Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin nəticələri açıqlanıb
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI