Türkiyədə yaşayış binasında yanğın zamanı 3 nəfər ölüb

136 13-07-2025, 10:49 dunya

Türkiyədə yaşayış binasında yanğın zamanı 3 nəfər ölübTürkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda yaşayış kompleksinin hündürmərtəbəli binanın dördüncü mərtəbəsində baş verən güclü yanğın zamanı biri azyaşlı olmaqla 3 nəfər ölüb.

Bu barədə AYNA.AZ-a “Hürriyet”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı daha 20 nəfər tüstüdən zəhərlənib.

Qeyd edilir ki, hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ