Bakıda evdən 35 min manatlıq oğurluq edilib

1 388 8-10-2022, 13:08 cemiyyet / kriminal

Bakıda evdən 35 min manatlıq oğurluq edilibBakıda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Kunanbayev küçəsindəki mənzillərin birindən 10.000 manat, 15.000 ABŞ dolları və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Fərid Nəbiyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ