Bakıda evə basqın edilib, 2 nəfər öldürülüb

488 30-11-2022, 10:38 cemiyyet / kriminal

Bakıda evə basqın edilib, 2 nəfər öldürülübXəsarət alan şəxslər xəstəxanaya çatdırılıb

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Yaralılardan daha bir nəfər, 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanda ölüb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

XƏBƏR LENTİ