Ermənilər Azərbaycan dilli saytları vasitəsilə ekoloji etiraz aksiyasını gözdən salma kompaniyasına başlayıblar

263 19-01-2023, 21:44 gundem

Ermənilər Azərbaycan dilli  saytları vasitəsilə  ekoloji etiraz aksiyasını gözdən salma kompaniyasına başlayıblarErmənilərin Azərbaycan dilli saytları – “Mikroskop Media” vasitəsilə Laçın Xankəndi yolu üzərində keçirilən ekoloji etiraz aksiyasını gözdən salma kompaniyasına başlayıblar.

Keçən hər gün ciddi nəticələri olan ekoloji aksiyanın gözdən salınması üçün Azərbaycan dilli erməni saytı - Mikroskop Media aksiya iştirakçılarının kimliyi və haradan maliyyələşməsi ilə bağlı "ilginc məlumatları" Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırıb.

Sən demə ekoloji aksiyanın iştirakçılarının mütləq əksəriyyəti qeyri-ekoloji aktivistlərdir.
Məgər, Azərbaycan mediası aksiyanın ilk günündən iştirakçıların kimliyi haqqında nə deyir?!
Azərbaycan televiziyaları, xəbər saytları və sosial şəbəkə istifadəçiləri paylaşdıqları məlumatlarda xəbər vermirlər ki, ekoloji etiraz aksiyasında eko-aktivistlər, vətəndaş cəmiyyəti nümayəndələri və gənc könüllülər iştirak edirlər. İştirakçıların aksiya zamanı Laçın Xankəndi yolundan - ekoloji aksiya keçirilən yerindən paylaşdıqları foto və videolar bir daha sübut edir ki, iştirakçılar bu aksiyada iştiraka özlərinin vətəndaşlıq borcu kimi yanaşaraq, son dərəcə fəallıq nümayiş etdirirlər. Təbii ki, bu da gündən-gunə mənəvi-psixoloji cəhətdən deqradasiyaya uğrayan erməni ictimaiyyəti üçün daha çox mənfi təsir göstərir.
Ən yaxşı müdafiə hücumdur prinsipi ilə hərəkət edən ermənilər bu gün yeganə uğurlu mustəviləri olan informasiya cəbhəsində əks-hücuma keçərək öz dayaz ağılları ilə Azərbaycan ictimaiyyətində Laçın Xankəndi yolunda keçirilən ekoloji etiraz aksiyası haqqında yanlış və mənfi rəy formalaşdırmaq üçün həm Azərbaycan dilli erməni saytlarında, həm də beynəlxalq erməni fondları tərəfindən maliyyələşən digər Azərbaycan dilli saytlar vasitəsilə qara-piar kompaniyasına start veriblər.
Amma, unudurlar ki, bu gün Azərbaycan tərəfi də informasiya cəbhəsində əvvəlki kimi zərif deyil. İndi baş verən hadisə və proseslərə adekvat olaraq daha mütəşəkkil, daha peşəkar səviyyədə münasibət bildirə bilərlər.
Aksiya iştirakçılarının maliyyələşməsi məsələsinə gəlincə onu deyim ki, 10 ildən çoxdur ki, Azərbaycan vətəndaş cəmiyyəti institutları Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsait hesabına hər il yüzlərlə layihə həyata keçirirlər.
Ekoloji etiraz aksiyası iştirakçıları arasında dövlət büdcəsindən ayrılan vəsait hesabına layihə həyata keçirən vətəndaş cəmiyyəti institutlarının olması isə heç bir halda o anlama gələ bilməz ki, onlar qrant aldıqları üçün bu aksiyada iştirak edirlər. Əksinə yuxarıda da qeyd etdiyim kimi onlar bunu özlərinin vətəndaşlıq borcu bilərək, bu aksiyada könüllü iştirak edirlər. Təbii ki, belə nəcib və müqəddəs bir işə kölgə salmaq, onu gözdən salmaq ermənilərin və onların çörəyini yeyənlərin xisləti ola bilər.
Amma, atalarımız demişkən yalan ayaq tutar,yeriməz!

Taleh Əliyev

XƏBƏR LENTİ