Rusiyada Yaşayan soydaşımızdan Azərbaycan prezidentinə-MÜRACİƏT

305 26-01-2023, 20:39 cemiyyet / gundem

Rusiyada Yaşayan soydaşımızdan Azərbaycan prezidentinə-MÜRACİƏT  Xeeberdar.nte-in redaksiyasına hazırda Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşayan Rzayev Fuad Firudin oğıu tərəfindən, Azərbaycan Respublikasının Prezidneti Cənab İlham Əliyevə müraciəti daxil olub.
Müraciətdə deyilir:

Möhtərəm Cənab Prezidentimiz!

Mən, 90- cı illərdən sahibkarlıq fəaliyyəti ilə uğurla məşğul olmuşam. 1992—95-ci illərdə,1- çi Qarabağ müharibəsində Ağdam batalyonunun (Milli Qəhraman Allahverdi Bağırovun kamandiri olduğu 845 saylı hərbi hissənin) tam sponsoru olmuşam.
Habelə, mədəniyyətə olan böyük məhəbbətlimə görə “Bəxt üzüyü” filminin də tamamilə maliyyə sponsoru olmuşam.Lakin, o dövrdə hakimiyyətdə olanlar mənə qarşı sui-qəsd təşkil etdikdən sonra, çox ağır vəziyyətdə Azərbaycanı tərk etdim .Tezliklə, Rusiyada çox gərgin gecə gündüz işləyib böyük işlər qurdum.Bu dəfə qarşıma məqsəd qoydum ki, yalnız ziyalılar ilə iş görəcəyəm. Azərbaycan Beynəlxalq Univeristetinin (hazırda ABU öz fəaliyyətin dayandırıb) rektoru Elşad Abdullayev məni kitabları və saxta elmi adları ilə aldatdı və bütün biznesimə şərik oldu. Lakin, Elşad Abdullayev mərhum əminiz Aqil Əliyevə qarşı nankorluq etdikdən sonra, mənim də əmlakımı əlimdən almağa cəhd etdi. Məlum oldu ki, Azərbaycanda orqan alveri ilə məşğul olduğu, habelə saxta tələbə qəbuluna görə CM- min 3 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunan və Fransaya qaçan, sizə və ailənizə qarşı murdar fəaliyyətə əl atan bu adam ,eyni zamanda xaricdə oturmuş jurnalistləri də məhz uzun müddət maliyyələşdirib.Habelə, Erməni diasporuna ciddi məbləglər ianə edib.

Hörmətli Cənab Prezident!

Bildirmək istəyirəm ki, bu dələduz Elşad Abdullayevin təkcə Azərbaycan Respublikası ərazisindəki əmlakları deyil,eyni zamanda Azərbaycandan kənarda, Rusiya Federasiyası ərazisində mövcud olan əmlaklarına da məhkəmə qaydasında əlindən alınıb, Azərbaycan dövlətinin xeyrinə müsadirə edilməlidir.
Bu əmlaklar bazar qiymətində satılaraq, ondan əldən olunan vəsaitlər 2020-ci ildə sizin Ali baş komandanlığınız altında 44 günlük müharibə ilə işğaldan azad edilən Qarabağ torpağının inkişafına sərf edilməlidir.

Hörmətli Cənab Prezindet!

Sizdən bir vətənpərvər Azərbaycanlı olaraq xahiş edirəm ki, Elşad Abdullayeva qarşı, Azərbaycan dövləti adından çıxarılmış məhkəmə qərarına əsasən, Rusiya Federasiyası ərazisindəki ( 100 milyon dollara yaxın)əmlakı dövlət ( Odintcovo şəhərində torpaqlar, binalar) xeyrinə müsadirə olunsun.

Hörmətlə:
Rzayev Fuad Firudin oğlu

XƏBƏR LENTİ