Bakıda silahlı insident: atışma nəticəsində 3 nəfər yaralanıb

197 10-03-2023, 15:59 cemiyyet / kriminal

Bakıda silahlı insident: atışma nəticəsində 3 nəfər yaralanıbHadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb

Bu gün gündüz saatlarında Bakıda atışma olub. AYNA xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Bakının Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

TƏBİB-dən bildirilib ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

DİN-dən verilən məlumata görə, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur. Onlar xəstəxanaya çatdırılıblar.

XƏBƏR LENTİ