Millət vəkili Qənirə Paşayeva vəfat edib.
Xeberdar.net-in məlumatına görə, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulmuşdu. Mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.