Təbrizdə yanacaqdaşıyan avtomobil aşıb, ölən və xəsarət alanlar var

108 30-09-2023, 09:47 hadise / dunya

Təbrizdə yanacaqdaşıyan avtomobil aşıb, ölən və xəsarət alanlar varTəbrizdə yanacaqdaşıyan avtomobilin aşması nəticəsində 2 nəfər ölüb.

Xeberdar.net-in məlumatına görə, bu barədə ISNA məlumat yayıb.

Tehrandan Təbrizə hərəkət edən yanacaqdaşıyan maşın Təbrizin girişində yoldan çıxaraq “Pride” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölənlərin ikisi də uşaqdır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəsarət alan iki yanğınsöndürənə yerində tibbi yardım göstərilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

XƏBƏR LENTİ