Türkiyə vətəndaşı faciəvi şəkildə öldü

189 27-10-2023, 09:52 hadise

Türkiyə vətəndaşı faciəvi şəkildə öldüTürkiyə vətəndaşını Bakıda avtomobil vurub.

Xeberdar.net-in məlumatına görə, oktyabrın 26-da saat 22:20 radələrində 1997-ci il təvəllüdlü Məhəmməd Aydın oğlu Tağıyev idarə etdiyi "Mersedes E Klass" markalı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 26 ünvanında hərəkətdə olarkən yolu keçən piyada - 1980-ci il təvəllüdlü Türkiyə vətəndaşı Sabit Bildini vurub.

O, hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

XƏBƏR LENTİ