Sumqayıtda dördmərtəbəli binada yanğın - 15 nəfər təxliyə olundu

167 18-12-2023, 09:44 hadise

Sumqayıtda dördmərtəbəli binada yanğın - 15 nəfər təxliyə olunduSumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac, 6 ədəd elektrik açarı və 6 p.m elektrik kabeli yanıb.

Xeberdar.net məlumat verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

XƏBƏR LENTİ