İranda üç məhbus edam edilib

67 23-01-2024, 16:58 kriminal / dunya

İranda üç məhbus edam edilib
İranın Rəşt və Zahidan şəhərlərinin mərkəzi zindanlarında ən azı üç məhbus dar ağacından asılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, edam edilən məhbuslar narkotik qaçaqmalçılığı və qəsdən adam öldürməkdə ittiham ediliblər.

Qeyd edək ki, ötən ilin dekabr ayında İran həbsxanalarında azı 90 məhbusun edam hökmü icra olunub.

XƏBƏR LENTİ