Bakıda aptekdən oğurluq olub

69 30-01-2024, 16:46 cemiyyet / kriminal

Bakıda aptekdən oğurluq olubKeçmiş məhkum şübhəli şəxs qismində saxlanılıb

Bakıda aptekdən oğurluq edilib. Xeberdar.net-in məluatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Əmircan qəsəbəsi ərazisində apteklərin birindən 2100 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Mahir Bəhmənov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ