SƏFƏRBƏRLİK XİDMƏTİNİN SABİQ RƏİSİ HƏBS EDİLDİ - DTX-də cinayət işi açılıb

76 16-02-2024, 10:00 kriminal

SƏFƏRBƏRLİK XİDMƏTİNİN SABİQ RƏİSİ HƏBS EDİLDİ - DTX-də cinayət işi açılıbAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Cəlilov Mirzə Xəlil oğlunun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə Bakı Hərbi Məhkəməsində baxılıb.

APA xəbər verir ki, o, NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.

Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Mirzə Cəlilov barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Mirzə Cəlilov əvvəllər Naxçıvan şəhər Polis İdarəsinin rəisi vəzifəsində də çalışıb.

XƏBƏR LENTİ