Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
Gədəbəydə baş verən qəzada ölən və xəsarət alanların adları məlum olub. Xeberdar.net-in APA-ya istinadən məlumatına görə qəza zamanı ölənlər rayonun Maarif kənd sakinləri 1981-ci il təvəllüdlü R. Bağırova və 2022-ci il təvəllüdlü U.Həsənovdur.
Xəsarət alanlar isə "VAZ-2104"ün sürücü 1981-ci il təvəllüdlü R. Həsənəliyev və “NİVA”nın sürücü 2006-cı il təvəllüdlü R. Şirinovdur.
Xəsarət alanlardan R. Həsənəliyevin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Gədəbəy rayonunda ölümə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon ərazisində hərəkətdə olan iki "VAZ" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.