İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

219 13-05-2024, 13:20 maraqli

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edirABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb.

O qeyd edib ki, bu mərhələdə insan hiss və istəklərini itirməyə başlayır. İnsan ilk növbədə aclıq, sonra isə susuzluq hissini itirir. Sonra toxunma, eşitmə və görmə hissləri yox olur.

Baş beyin travmalarının araşdırılması mərkəzinin mütəxəssisinin sözlərinə görə, insan orqanizmi ölüm ayağında olanda beyin bəzi hissələrini yaşamaq üçün lazımsız hesab etdiyinə görə, onları söndürür.
İnsan ölümə yaxın beyinin bəzi hissələrində qıcıqlanma baş verir, bu, görmə orqanına təsir edir, ona görə də, bəzi insanlar ölüm anında işıq görməyə başlayırlar.

Mənbə: osnmedia.ru

XƏBƏR LENTİ