Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatıb.
Bu barədə Xeberdar.net-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, artıq azərbaycanlı zəvvarlar üçün ayrılmış 1500 nəfərlik kvota dolub.
Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş iyunun 4-də həyata keçiriləcək.