Xəzərdə süni adalar yaradılır: üstünlükləri…

156 8-06-2024, 15:08 cemiyyet

Xəzərdə süni adalar yaradılır: üstünlükləri…Xəzər dənizində süni torpaq sahələrinin yaradılması Azərbaycan üçün həm də iqtisadi baxımdan yeni bir imkandır. Nəzərə alaq ki, süni torpaq sahələrinin yaradılmasında yalnız dövlət qurumları deyil, həm də fiziki və hüquqi şəxslər də iştirak edə biləcək.

Bu sözləri Xeberdar.net-ə iqtisadçı, milət vəkili Vüqar Bayramov Xəzər dənizinin Azərbaycan hissəsində süni adaların yaradılmasının Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, bu, sahibkarlar üçün yeni bir imkandır:

“Məqsəd süni torpaq sahələrini yaratmaqla investisya qoyuluşu, xarici sərmayənin cəlb edilməsi və Xəzərin Azərbaycana aid olan hissəsinin infrastrukturunun genişləndilməsinə nail olmaqdır. Sinqapur, BƏƏ və digər ölkələrin təcrübəsi göstərir ki, dənizdə süni torpaq sahələrinin yaradılması həmin ölkələrin inkişafına xüsusi töhfə verir. Belə torpaq sahələrinin yaradılması xüsusən də iqtisadi inkişafa malik olan ölkərdə müşahidə olunur. Bu, yeni imkanlar deməkdir və Azərbaycan iqtisadiyyatında yeni bir mərhələnin başlanması hesab oluna bilər, xüsusən də qeyri-enerji sektoruna sərmayələrin cəlb olunmasına imkan verəcək”.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında qanunu təsdiqləyib.

XƏBƏR LENTİ