Argentina hakimiyyəti Malvinas (Folklend) adalarının mülkiyyəti ilə bağlı mübahisələrə baxmayaraq, Böyük Britaniya ilə əməkdaşlıq etmək istəyir.
Xeberdar.net-in məlumatına görə,bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Argentina hökuməti hesab edir ki, Böyük Britaniya ilə ərazi mübahisəsinə aid olmayan məsələlərdə əməkdaşlıq danışıqların bərpası üçün əlverişli etimad mühiti yarada bilər.
Qeyd edək ki, Atlantik okeanının cənub-qərbində yerləşən Folklend adaları (Malvin adaları) 200 ildir ki, Argentina və Böyük Britaniya arasında ərazi mübahisəsinin predmeti olub.
1982-ci ilin aprelində ölkələr arasında silahlı qarşıdurma baş verdi. Cənubi Amerika respublikası iki ay yarım davam edən döyüşlərdə 649 hərbi qulluqçusunu itirərək məğlub olub. Britaniya tərəfinin itkiləri isə 255 nəfər təşkil edib.