Quba sakininin evini daşıyıb aparan oğrular azadlıqda gəzir - QAZİ OĞLUNUN ƏLİLLİK ARABASI DA APARILIB... / ŞİKAYƏT

735 20-06-2024, 10:02 bolge

Quba sakininin evini daşıyıb aparan oğrular azadlıqda gəzir - QAZİ OĞLUNUN ƏLİLLİK ARABASI DA APARILIB... / ŞİKAYƏTQuba rayon sakini Tarverdiyev Zeynal Teymurşah oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, evinə oğurluğa girən şəxslər cəzalandırmır və hər biri azadlıqdadır:

“Mən, Tarverdiyev Zeynal Teymurşah oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Mayın 30-da, saat 12 radələrində işdə olarkən qonşular mənə zəng vurub dedilər ki, tez gəlin, evinizə oğru girib, evdə olanları daşıyıb aparırlar.

İşdən gəlməyim və 102 xidmətinə məlumat verməyim 2 saat çəkdi. Quba polis şöbəsinin 4 əməkdaşı gəlib işlə tanış olub, araşdırma başlatdılar. Oğurluq olan yerdən şəkillər çəkdilər. Əlimdə olan məlumata görə, oğrular 99 NX 686 nömrəli "Qazel" markalı avtomobillə gəliblər.

Oğurluq edilən vaxt çəkilən video kadrları da polislərə verdim. Evdən 1 ədəd "elektrofrez", 1 ədəd elektrik rəndəsi, 1 ədəd elektrik mişarı, 1 ədəd manqal, 1 ədəd dəmir stol və s. oğurlanıb. Aktlaşdırıb yazsalar da, bu günə qədər də oğrular azadlıqda gəzir.

İşi Sənan adlı müstəntiq aparır. Hər zəngdə "səbrli ol" deyir.

Şikayətimlə bağlı yenidən 102 xidmətinə zəng vurdum. Bildirdilər ki, 10-15 dəqiqəyə sizinlə əlaqə saxlanılacaq. Lakin yenə xəbər yoxdur.

İcraçı isə bildirir ki, "mənlik deyil, işini kim aparırsa ona zəng vur".

Ən maraqlısı da odur ki, oğurluq olan vaxtı qonşular oğruları qova bilməmişdilər. Qonşular səs-küy salsalar da oğrular öz işlərini rahatlıqla görüblər. Qonşular soruşanda bildiriblər ki, dəmir alırıq. Onlar isə deyiblər ki, yığdığınız tullantı metal deyil, işlək alətlərdir.

Qazi oğlumun alminium əlillik oturacağı da oğurlanıb. Belə şikayətlər cavabsız qaldıqca oğurluq halları günü-gündən artacaq”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

XƏBƏR LENTİ