İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Xeberdar.net-in məlumatına görə,qəza saat 23 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Rəsullu kəndi ərazisində qeydə alınıb. 99-GA-052 dövlət nömrə nişanlı "Toyota Korolla" markalı minik avtomobilinin vurduğu piyada Elbrus Adəm oğlu Şükürov aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.