Sabahdan Azərbaycanda Məhərrəm ayı başlayır

304 6-07-2024, 13:17 cemiyyet

Sabahdan Azərbaycanda Məhərrəm ayı başlayırAzərbaycanda sabahdan – iyulun 7-dən İslam təqvimi ilə Məhərrəm ayı başlayır.

Xeberdar.net-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məlumatında bildirilib.

Bu il Məhərrəm ayının ilk günü iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf edəcək.

Qeyd edək ki, Məhərrəm və ondan sonra davam edən Səfər ayında toylar təxirə salınır.

Bu il məhərrəmlikdən sonra başlayan Səfər ayı avqustun 7-ə təsadüf edəcək.