Avropa ölkələrində 430 uşaq ukraynalı ailələrin əlindən alınıb

751 2-08-2024, 09:43 dunya

Avropa ölkələrində 430 uşaq ukraynalı ailələrin əlindən alınıbUkrayna Milli Sosial Xidməti hesab edir ki, Avropa ölkələrində ukraynalı ailələrdən 430 uşaq götürülüb.

APA xəbər verir ki, bu, qurumun mətbuata açıqlamasında öz əksini tapıb.

Qeyd olunur ki, belə halların 122-si Almaniyada, 39-u Polşada, 20-si isə Norveç və İspaniyada qeydə alınıb.

Xidmətin rəhbəri Vasili Lutsik izah edib ki, uşaqların ailələrdən alınmasına səbəb Avropa ölkəsinin qanunvericiliyini bilməməsi və ya təhsilə fərqli yanaşma ola bilər.

O məsələni izah edərkən bunları deyib: "Məsələn, uşağı küçədə ucadan danlayanda, məsələn, on yaşından kiçik uşağı məktəbə göndərəndə, bu, Ukraynada adətdir, lakin bir çox Avropa ölkəsində isə qadağandır".

XƏBƏR LENTİ