Sentyabrın 24-də Suraxanıda ''Kəlağayı Festivalı'' keçiriləcək

62 Dünən, 14:34 cemiyyet

Sentyabrın 24-də Suraxanıda   ''Kəlağayı Festivalı'' keçiriləcəkSuraxanı Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə 24 sentyabr, 2024-cü ildə, ''Sazlı Sözlü Kəlağayı Günləri''- layihəsi çərçivəsində ''Kəlağayı Festivalı'' keçiriləcək. Festival Suraxanı rayonu, ,Hövsan parkında keçiriləcək. Saat 11: 00-dan 12:00 -yə qədər sərgi ilə tanışlıq olacaq. Saat 12:00 -da rəsmi açılış, sonra möhtəşəm konsert proqramı olacaq. Konsertdə dövlət qurumlarından nümayəndələr, KİV nümayəndələri, tanınmış müğənnilər, aşıqlar, şairlər iştirak edəcək. Elliklə el bayramı keçirəcəyik. Sərgidə Şəkidən, İsmayıllıdan tanınmış kəlağayı ustalarının kəlağayılarının nümayişi və kəlağayıların satışı olacaq.
Kəlağayımız 2014- cü ildə, Azərbaycan Respublikasının birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Yuneskonun Qeyri Maddi Mədəni İrs üzrə Peprezentativ siyahasına daxil edilmişdi və beynəlxalq səviyyədə tanıdılmışdı. Bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, rayonların İcra Hakimiyyətlərinin dəstəyi ilə ''Sazlı Sözlü Kəlağayı Günləri'' - layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir və ilin sonuna qədər keçiriləcək. Bakı şəhəri, Xətai r ayonunda, Şuşa
şəhərində, Gədəbəydə də
''Kəlağayı Festivalı'' bu il keçirilib. Final ''26 Noyabr Azərbaycan Kəlağayısı Günü'' - günü olacaq. Dekabrda ilboyu keçirilən tədbirlərin hesabatını verəcəyik. Allah kömək olsun.
Hər kəs 24 sentyabr, 2024-cü ildə keçirilən möhtəşəm '' Kəlağayı Festivalı''- na dəvətlidi.
Giriş sərbəstdi.

XƏBƏR LENTİ