Hava şəraiti kəskin dəyişəcək - Yollar buz bağlayacaq

690 24-01-2018, 13:16 gundem

Hava şəraiti kəskin dəyişəcək - Yollar buz bağlayacaq
Yanvarın 25-i axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 28-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xeberdar.net-ə bildirilib ki, şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə enəcək.

Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Xeberdar.net

XƏBƏR LENTİ