Moskva merindən antiterror rejimi ilə bağlı qərar

270 26-06-2023, 13:16 dunya

Moskva merindən antiterror rejimi ilə bağlı qərarRusiyanın Moskva vilayətində və şəhərində antiterror rejimi ləğv olunub.

Xeberdar.net-in məlumatına görə, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Mer hazırda bütün məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.

Qeyd edək ki, iyunun 23-də “Vaqner” rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun mövqelərinə zərbələr endirməkdə günahlandırmış və 25 minlik ordu ilə Moskvaya istiqamət aldığını bildirmişdi. 24 iyunda isə Belarus Prezidenti Aleksandr Lukaşenkonun apardığı danışıqların nəticəsi olaraq Priqojin Moskvaya yürüşü dayandırmış və geri qayıtmışdı.