İranda İsrail və ABŞ-la əməkdaşlıq edən 85 nəfər saxlanıldı

9 Bu gün, 12:52 dunya

İranda İsrail və ABŞ-la əməkdaşlıq edən 85 nəfər saxlanıldıİranda 85 nəfər düşmənlə əməkdaşlıqda ittiham olunaraq saxlanılıb.

Xeberdar.net Apa-ya istinadən məlumat verir ki, bu barədə İran Polis Qüvvələrinin Baş komandanı Əhməd Rza Radan bildirib.
Onun sözlərinə görə, İranın 25 əyalətində İsrail və ABŞ-la əməkdaşlıqda ittiham olunun 85 nəfər tutulub.

Radan jurnalistlərə açıqlamasında deyib ki, şübhəli şəxslərdə elektron avadanlıqlar, “Starlink” cihazları, silah-sursat aşkar edilərək götürülüb.

İran Polis Qüvvələrinin Baş komandanı qeyd edib ki, saxlanılanlar düşmənə əməliyyatlarını asanlaşdırmaq məqsədilə infrastruktur obyektlərinin, keçid məntəqələrinin və təhlükəsizlik qüvvələrinin yerlərinə dair məlumatlar göndəriblər.

“Həmin məlumatlar döyüş əməliyyatlarında istifadə olunmaq üçün göndərilib”, - Əhməd Rza Radan əlavə edib.