Keçmiş XİN başçısı Tofiq Zülfüqarovdan İrandakı etirazlara şərh:"Bu, hakimiyyət səlahiyyətləri ilə bağlı islahatlara təkan verəcək"

756 5-01-2018, 08:07 siyaset / gundem

Keçmiş XİN başçısı Tofiq Zülfüqarovdan İrandakı etirazlara şərh:"Bu, hakimiyyət səlahiyyətləri ilə bağlı islahatlara təkan verəcək"
İranda vəziyyəti izləyən analitiklərin çoxu belə qənaətə gəlir ki, etiraz aksiyaları stabilləşmə mərhələsinə yaxınlaşır. Buna baxmayaraq, sual olaraq qalır: bu hadisələr nə idi? Hansı xarakteri daşıyırdı? Siyasi və ya iqtisadi? Təşkilatçı kim idi, yoxsa etiraz spontan olaraq ortaya çıxdı?

Azərbaycanın keçmiş xaricii işər naziri Tofiq Zülfüqarov İrandakı etirazlarla bağlı bu ya digər suallar ətrafında fikirlərini "Facebook"dakı səhifəsində izləyiciləri ilə bölüşüb:

“Mənbələr göstərir ki, etiraz əhval-ruhiyyəsinin əsas səbəblərindən biri növbəti il ​​üçün dövlət büdcəsinin müzakirəsi və qəbulu olub. Belə ki, İranın Yaxın Şərqdə xarici siyasətinin həyata keçirilməsi ilə bağlı sahələrə böyük vəsait yönəldilib.

İranın (şiə) Aralıq dənizinədək təsirinin genişləndirilməsi üzrə ölkənin geosiyasi konsepsiyası bir çox hərəkətləri və İranın Suriya, Livan və qismən İraqda, həmçinin Hizbullaha qarşı fəallıq göstərməsini tələb edir.

Bu, İran üçün ənənəvi olan islam inqilabı ideyasının ixracı konsepsiyasının “yenilənmiş” versiyasıdır və ciddi dünya “oyunçuları”nın əleyhinədir, eləcə də çox bahalı layihədir.

Bununla yanaşı, bu layihəni həyata keçirmək cəhdləri İrana qarşı sanksiyaların güclənməsinə və təkcə Qərblə deyil, eyni zamanda sünni ölkələrin əksəriyyətilə qarşıdurmaya gətirib çıxaracaq.

Ola bilsin ki, bu problemlərin dərk edilməsi İran rəhbərliyinin bu siyasətə müxalifətdə olan hissəsinin ölkədəki gizli etiraz ovqatı təşəbbüsündən istifadə edərək vəziyyətə təsir etmək qərarına gəlməsinə səbəb olub.

Dekabrın əvvəlində sosial şəbəkələrdə iqtisadi vəziyyətdən narazılığın İranın xarici siyasəti ilə əlaqələndirilməsi də bundan xəbər verir. “Biz Qəzzada deyilik, Livanda deyilik, İrandayıq” şüarı da bu vəziyyətdən faydalananları birbaşa göstərir.

Hadisələrin başlanğıcında İran İslam İnqilabı Keşikçilərinin qəribə davranışı da düşünmək üçün əsas verir. Etirazların çoğrafiyası birmənalı olaraq bunun təşkil edildiyindən xəbər verir. Ancaq bir məsələ düşündürür: niyə heç bir yerdə etirazların təşkilatçılarının adları çəkilmir, heç bir siyasi qüvvə, hətta mühacirətdə olan qüvvə belə onların təşkilinə görə məsuliyyəti öz üzərinə götürmür?

Odur ki, güman etmək olar ki, etirazlar tədricən səngiyəcək, İran rəhbərliyində personal dəyişiklik olmadan hakimiyyət səlahiyyətləri ilə bağlı islahatlar baş verəcək”.

Sosial şəbəkələrdə “Şimali və Cənubi Azərbaycanın birləşdirilməsi” haqqında diskussiyalara toxunan T.Zülfüqarov yazır ki, belə müzakirələrin iştirakçılarının bir çoxunun mövqeyində paradoks odur ki, onlar “proses”in yekun mərhələsini müzakirə edirlər: "Bir fakta məhəl qoymurlar ki, bundan ötrü İran dövlət kimi dağılmalıdır, milli dövlət quruluşları parçalanmalıdır, sonra mümkün birləşmə baş tuta bilər".

T.Zülfüqarov nə birinci, nə ikinci, nə də üçüncü mərhələni görmür. Odur ki, dördüncü mərhələni – Böyük Azərbaycanın yaradılması haqda danışıqları ciddi hesab etmir./TURAN/

XƏBƏR LENTİ