Xəbər verdiyimiz kimi, Türkiyənin NATO-dakı nümayəndə heyətinin rəhbəri, Böyük Millət Məclisinin deputatı, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda səfərdədir.
O, jurnalistlərə açıqlamasında mühüm mesajlar verib.
"AzPolitika.info" xəbər verir ki, M.Çavuşoğlu Ermənistanı silahlandıran Qərb dövlətlərinə sərt xəbərdarlıq edib: "Məqsədləri Ermənistanı gücləndirərək yenidən müharibəyə təşviq etməkdirsə, bilsinlər ki, Azərbaycan yalnız deyil. Heç bir zaman da yalnız qalmayacaq! Türkiyə hər zaman Azərbaycanın yanındadır. Onlar bir verərsə, biz üç verərik. Bütün müdafiə sənayesi şirkətlərimiz buradadır. Biz təbii ki, Azərbaycanı dəstəkləyəcəyik!"