"Rusiya bir həftə ərzində Ukraynaya təxminən 190 raket və 140 “Şahid” atıb" - Zelenski

167 25-03-2024, 09:09 dunya

"Rusiya bir həftə ərzində Ukraynaya təxminən 190 raket və 140 “Şahid” atıb" - ZelenskiBu həftə Rusiya Silahlı Qüvvələri Ukraynaya kütləvi kombinasiya edilmiş hücumlar həyata keçirmək üçün mindən çox raket, bomba və kamikadze dronlardan istifadə edib.

Xeberdar məlumat verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.
Ətraflı
“Bu həftə ərzində, bazar ertəsindən bu günədək rusiyalı terrorçular 190-a yaxın müxtəlif tipli raketdən və 140-a yaxın “Şahid”dən istifadə ediblər”, – dövlət başçısı bildirib.

O qeyd edib ki, işğalçı qüvvələrin Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra “bir həftə belə olmayıb ki, Rusiya terrordan çəkinsin”.

XƏBƏR LENTİ