Türkiyə HHQ İraqda da ƏMƏLİYYATDA - 49 terrorçu məhv edildi

756 1-02-2018, 14:42 dunya / gundem

Türkiyə HHQ İraqda da ƏMƏLİYYATDA - 49 terrorçu məhv edildiTürkiyə Hərbi Hava Qüvvələrinin yanvarın 29-da İraqın şimalında apardığı iki əməliyyat nəticəsində məhv edilən terrorçuların sayı açıqlanıb.

Trend-in məlumatına görə, Asos/Qəndil, Zap, Avaşin-Basyan və Hakurk bölgələrində terrorçuların mövqelərinə zərbələr endirilib.

Aviazərbələr nəticəsində 49 terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xeberdar.net

XƏBƏR LENTİ