“Ovçular” xalqa nə kolbasası yedirir?

“Ovçular” xalqa nə kolbasası yedirir?
Azərbaycanda kolbasa və sosis çoх istehlak olunan məhsullardandır. Xüsusilə də ayaqüstü qəlyanaltı kimi bu ət məmulatları hər birimizin dadına çatır. Yaxşı bəs mədəmizə ötürdüyümüz kolbasa və sosislər nə dərəcədə keyfiyyətlidir.

Növbəti araşdırma zamanı bu dəfə “Ovçular” kolbasa firması diqqət çəkib. Hər bir istehlakçı aldığı məhsulun keyfiyyətinə etibar etmək, ailəsinə və övladına yedirdiyi məhsulun mənşəyinin təmiz olduğuna inanmaq istəyir.

Amma internetdə axtarış zamanı, eləcə də mağazalarda satıcıların məsləhətini dinləyərkən hansısa kolbasa şirkətinə güvənmək olmur.

Məlum olur ki, kolbasa şirkətləri vətəndaşları hər addımbaşı aldadır və nəzarət ən aşağı səviyyədədir. Bu baxımdan “Ovçular” firmasının da adı etibarlı istehsalçılar arasında keçmir.

Xatırladaq ki, o zaman MMC Servelat halal”, “Ovçular halal”, “Həvəskar”, “Hinduşka” kolbasalarının və “Moloçniye” sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, “Ruskaya”, “Servelat”, “Moskovskiy servelat”, “Oxotniçaya”, “Lyubitelskaya”, “Doktorskaya”, “Halal bərəkət”, “Halal”, “Domaşniy”, “Halal ovçular” kolbasalarının isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal etməkdə, saxlama müddəti ötmüş Almaniya istehsalı olan “Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunurdu.Həmin ərəfədə “Ovçular ət və ət məhsulları” MMC-nin qapadılması gözlənilsə də bu baş vermədi. Monitorinqlərimiz göstərir ki, müəssisəyə məxsus kolbasalarda keyfiyyət dəyişikliyi baş verməyib.

Yuxarıda sözügedən kolbasalar eyni keyfiyyətdə bazarda “at oynadırlar”. “Ovçular ət və ət məhsulları” MMC-nin məhsullarından satıcılar da şikayət edirlər.

Onların sözlərinə görə, “Ovçular ət və ət məhsulları”na məxsus kolbasa və sosislər tez yararsız hala düşürlər. Bunu da onlar xammal kimi istifadə edilən ətin keyfiyyəti ilə bağlayırlar.

“Ovçular” xalqa nə kolbasası yedirir?

  • 16-02-2018, 13:21
  • 715


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI