"Facebook"da vəsiyyətini açıqlayaraq intihar etdi - FOTO

583 27-02-2018, 14:24 dunya / gundem

"Facebook"da vəsiyyətini açıqlayaraq intihar etdi - FOTOHəyat yoldaşından ayrılan və yalnız yaşayan 58 yaşlı Mustafa T. intihar edib.

Moderator.az xəbər verir ki, Türkiyənin İzmir şəhərində yaşayan Mustafa T. dünən saat 10-da Facebookda vida paylaşımı edərək özünü evinin eyvanındakı dəmir tutacaqlardan asaraq intihar edib. Yaşlı kişi sosial şəbəkədə yazdığı son statusunda vəsiyyətini də açıqlayıb: "Vəsiyyətim salondakı stolun üstündədir. Dini mərasim istəmirəm. Yasımda timsah göz yaşları istəmirəm".

O daha sonra yas mərasiminə qatılmasını istəmədiyi qohumlarının adlarını yazıb. Kompyuterini və telefonunu kimə vəsiyyət etdiyini də bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ