“Rusiya silahı üçün 45 milyard dollarlıq sifariş var” –Putin

629 6-03-2018, 09:55 dunya / gundem

“Rusiya silahı üçün 45 milyard dollarlıq sifariş var” –Putin
2017-ci ildə Rusiya xaricə 15 milyard dollardan çox müdafiə məhsulları ixra edib.

TASS xəbər verir ki, bunu ölkə prezidenti Putin Hərbi-Texniki Əməkdaşlıq üzrə Komissiyanın iclasında bildirib.

Dövlət başçısının sözlərinə görə, ölkə bununla da növbəti dəfə sübut edib ki, dünyanın silah bazarında liderdir.

Prezident əlavə edib ki, ölkə hətta "sərt qeyri-rəqabətli şərtlər"lə artıq üçüncü ildir ixracı sabit şəkildə artırır.

Ötən il həmçinin 16 milyard dollarlıq bir neçə yeni müqavilələr də bağlanılıb. Bu, 2016-cı illə müqayisədə iki dəfə artıqdır. Rusiya silahı üçün sifarişlərin ümumi portfeli isə 45 milyard dollardır.

Xatırladaq ki, 2015-ci ildə müdafiə məhsullarının ixracı Rusiya büdcəsinə 14,5 milyard dollar gəlir gətirib. 2016-ci ildə isə bu rəqəm 15 milyard dollardan çox olub/Report.

Xeberdar.net

XƏBƏR LENTİ