Putin:"Rusiya, İran və Türkiyə arasında Suriya məsələsi üzrə razılaşmalar yerinə yetirilir"

860 7-03-2018, 14:21 dunya / gundem

Putin:"Rusiya, İran və Türkiyə arasında Suriya məsələsi üzrə razılaşmalar yerinə yetirilir""Rusiya, İran və Türkiyə arasında Suriya məsələsi üzrə razılaşmalar yerinə yetirilir, ölkələr region dövlətləri arasındakı münasibətlərə baxmayaraq, danışıqlar masasına əyləşib".

Xeberdar.net RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Dünya düzəni 2018" filminin çəkilişi zamanı Rusiya Prezidenti Vladimir Putin jurnalist Vladimir Solovyova verdiyi açıqlamada bildirib.

Filmin müəllifi V.Putinə həmçinin hansısa ölkəyə etibar etməyin mümkün olub-olmadığı barədə sual ünvanlayıb.

"Etibar etmək nə deməkdir? Hər bir ölkənin – həm Rusiyanın, həm Yaxın Şərq ölkələrinin, həm İranın, həm Səudiyyə Ərəbistanının, həm Misirin, həm Türkiyənin, həm İsrailin, həm də İordaniyanın öz maraqları var. ABŞ, Çin, Hinditan kimi qlobal oyunçuların da öz maraqları var. Rusiyanın öz maraqları var. Edilməli olan ilk şey başqalarının maraqlarına hörmət etmək və sənin də maraqlarına hörmət edilməsini təmin etməkdir. Bu, çətin prosesdir", – V.Putin cavabında deyib.

Xeberdar.net



XƏBƏR LENTİ