Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib

919 14-07-2018, 15:43 cemiyyet

Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edibQida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni heyvan kəsimi məntəqələrinin yaradılması üçün sahibkarlara müraciət edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən “Report”a bildirilib ki, AQTA qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması prosesində iştirakına yüksək qiymət verir.
Agentlik ölkə ərazisi üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edir. Bildirilir ki, heyvan kəsimi sahəsində mövcud tələblərə uyğun fəaliyyət göstərmək istəyən hər bir sahibkarlıq subyektinə Agentlik tərəfindən lazım olan bütün köməkliklər göstəriləcək, metodiki xarakterli peşəkar yardım olunacaqdır.
Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirində yüksək risk qurupuna daxildir və bu sahədə hər hansı fəaliyyət yalnız qanunvericiliyin tələbləri çərçivəsində mümkündür.

XƏBƏR LENTİ