Azərbaycanda icazəsiz ov edən ƏRƏBLƏR SAXLANILDI

619 13-09-2018, 10:30 cemiyyet

Azərbaycanda icazəsiz ov edən ƏRƏBLƏR SAXLANILDIEkologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfəri saxlayıb.

Bu barədə BakuPost-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A Almehemid, Nasser Saleh H Alnuuayser, Fahad Sulaiman İ Alhumaid olduğu məlum olub. Onlardan 3 ov tüfəngi, 50 patron götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.

xeberdar.net

XƏBƏR LENTİ