Təhsil naziri Ceyhun Bayramov:"Gələn il buraxılış və qəbul imtahanlarında yeniliklər olacaq"

Təhsil naziri Ceyhun Bayramov:"Gələn il buraxılış və qəbul imtahanlarında yeniliklər olacaq"“Gələn il orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarında yeniliklər tətbiq ediləcək, hər iki imtahanda qazanılan ballar toplanacaq”. Strateq.az xəbər verir ki, bu barədə təhsil naziri Ceyhun Bayramov “Azərbaycan” qəzetində yazdığı məqaləsində bildirib.

Nazir yazıb ki, hər iki imtahanla bağlı yeni model tətbiq olunacaq: “I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər”.

Yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq.

Nazir qeyd edir ki, bu ilki tədris ilində XI sinfi bitirən şagirdlər yeni kurikulumlar əsasında ümumi təhsil müəssisələrini başa vuran ilk məzunlar olacaqlar. Ona görə də “yeni məzmun yeni qiymətləndirmə” tələb edir:

“Bu gün əmək bazarı tərəfindən daha çox tələb olunan yazı, riyazi təfəkkür, yaradıcılıq, problem həll etmə kimi vərdişlər yeni formatda keçirilən buraxılış imtahanlarında ölçüləcək bacarıqlar siyahısına daxil ediləcək. Biz beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələrində də görürük ki, bu bacarıqlar şagirdlərimizdə daha aşağı səviyyədə formalaşıb”.

Ceyhun Bayramov bildirib ki, hal-hazırda Dövlət İmtahan Mərkəzi ilə sıx əlaqədə imtahanların yeni formatı istiqamətində əməkdaşlıq edirlər. Nazir vurğulayıb ki, əvvəllər olduğu kimi, imtahanları Dövlət İmtahan Mərkəzi keçirəcək.

Təhsil naziri Ceyhun Bayramov:"Gələn il buraxılış və qəbul imtahanlarında yeniliklər olacaq"

  • 14-09-2018, 11:58
  • 373


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  3. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  4. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  7. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  8. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  9. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  10. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI