Bakının qurtuluşunun 100 illiyi münasibətiylə geniş tədbir keçirildi+FOTO

744 16-09-2018, 11:01 cemiyyet

Bakının qurtuluşunun 100 illiyi münasibətiylə geniş tədbir keçirildi+FOTO15 sentyabr 2018-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-bolşevik dəstələrindən və daşnak quldurlarından azad edilməsinin (15.09.1918) 100 illiyi münasibətiylə geniş tədbir keçirildi.

Günorta saatlarında Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş maşın karvanı BAO-nun qərargahı qarşısından Qobustan rayonunun Acıdərə deyilən ərazisində, Bakı-Şamaxı yolunun yaxınlığında yerləşən türk şəhidliyi kompleksi istiqamətində yola düşdü. Ziyarətçilər burada yerləşən abidə önündə geniş tədbir keçirdi. Abidə önünə Bütöv Azərbaycan Ocaqları (BAO) adından əklil qoyuldu. Tədbirdə

İctimai və siyasi fəallar, alimlər, yeniyetmə və gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə BAO başqanının ideoloji məsəllər üzrə müavini, tarixçi alim Dilavər Əzimli açdı. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

D.Əzimli Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının tarixi haqqında qısa məlumat verərək bu hadisənin əhəmiyyəti haqqında danışdı. Daha sonra Seyyid İsa Ələkbər, Aydın Mədətoğlu, Faiq Ələkbərli, Umuxanım Hüseynzadə, Sabir Tağıyev, Nəcəfalı Cahangirli, Sara Selcan, Elşən Əlisoy, Bəxtiyar Tuncay və b. çıxış edərək mövzu ətrafında öz fikirlərini bölüşdülər. Çıxışlara BAO başqanı Zahir Əlisoyun nitqi ilə yekun vuruldu. Çıxışlarda türk xalqlarının birliyinin gələcəyimiz üçün çox vacib məsələ olduğu xüsusi olaraq vurğulandı. Tədbirdə Qardaş Türkiyə Cümhuriyyətinin himni - İstiqlal marşı da səsləndirildi.

Çıxışlardan sonra naməlum türk əsgərinin məzarı tədbir iştirakçıları tərəfindən ziyarət olundu.

FOTOLAR:

XƏBƏR LENTİ