Meksikada jurnalist qətlə yetirilib

640 22-09-2018, 09:20 dunya

Meksikada jurnalist qətlə yetirilibMeksikada jurnalist qətlə yetirilib.

“Report” xəbər verir ki, bu barədə “Excelsior” məlumat yayıb.

Məlumata görə, hadisə Çayaps ştatında baş verib. Motosikletlə “Heraldo de Chiapas” nəşrinin əməkdaşı Mario Qomesin evinin yaxınlığına gələn iki naməlum şəxs küçəyə çıxan jurnalisti güllələyiblər.

O, aldığı xəsarətlərdən xəstəxanada ölüb. Mario Qomes daha əvvəl prokuroluğa həyatı üçün təhlükənin olmasından şikayət edib.

Hadisə ilə bağlı prokurorluqda təhqiqat başlayıb.

Xeberdar.net

XƏBƏR LENTİ