Tərtərin bu kəndində 543 erməni yaşayır?.. - FOTO

Aprel döyüşlərinin əsas hədəflərindən biri olmuş Suqovuşan kəndindəki ermənilərin 90 faizini 50 yaşadək olanlar təşkil edir...
Tərtərin bu kəndində 543 erməni yaşayır?.. - FOTO

Hüquqi-inzibati cəhətdən Azərbaycan Respublikasının Tərtər rayonuna aid olan, işğalçılar tərəfindən “Madagiz” adlandırılmış Suqovuşan kəndində 543 erməni məskunlaşıb.

Moderator.az xəbər verir ki, bu haqda erməni jurnalistlərə həmin kəndin faktiki icra nümayəndəsi olan “icma rəhbəri” Zaven Avanesyan adlı məxluq söyləyib. O, xüsusi olaraq vurğulayıb ki, Suqovuşanda yaşayanların çoxu cavanlardır. Kənddəki əhalinin 90 faizini yaşı 50-dək olanlar təşkil edir.


Qanunsuz icma başçısının sözlərinə görə, hazırda kənddə məktəb və uşaq bağçası var. Məktəbdə cəmi 109 şagird oxuyur. Bağçaya isə 28 uşaq gedir. Kəndin ən böyük problemlərindən biri təbii qazın olmamasıdır. Tərtərin Suqovuşan kəndindəki ermənilərin dolanışığı çətin olsa da, faktiki olaraq təmas xəttinin hava ilə bir neçə km-də, başqa sözlə, Tərtər şəhərinin, rayon İcra Hakimiyyətinin “qulağının dibindəki” bu məntəqəqə yaşayırlar...

Xatırladaq ki, əvvəlki Suqovuşan adını unutduğumuz Madaqiz kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonu inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb.

Suqovuşan (Madaqiz) kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin avqustunda düşmən yenidən həmin yaşayış məntəqəsini işğal edib.

Aprel döyüşləri zamanı həmin kənddə erməni birləşmələrinin əsas bazalarından biri olduğu üçün Milli Ordunun hədəflərindən biri olub. Həmin vaxt Azərbaycan kütləvi informasiya vasitələrində “2016-cı il aprelin 4-dən 5-nə keçən gecə baş verən ağır döyüşlərdən sonra Suqovuşan(Madaqiz) kəndinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyi” xəbəri yayılsa da, sonradan rəsmi mənbələr bunu təsdiqləmədi. Lakin Müdafiə Nazirliyi Azərbaycan ordusunun Suqovuşanda yerləşən erməni qərargahını dəqiq artilleriya zərbələri ilə darmadağın etməsi və yüksək rütbəli erməni zabitlərinin gəbərməsi haqda xəbərlər vermişdi.

Sultan Laçın

Tərtərin bu kəndində 543 erməni yaşayır?.. - FOTO

  • 25-10-2018, 11:36
  • 490


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  2. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  3. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  4. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  5. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  6. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  7. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  8. "İcra məmuru bizi dövlətimizdən narazı salır..." - GİLEY
  9. “Gilan Holdinq”də kütləvi ixtisar DALĞASI - Qəbələnin yüzlərlə sakini işsiz qalıb...
  10. Sabahın hava proqnozu açıqlanıb
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI