Cəlilabadlı narkobaron və satıcısı saxlanıldı - FOTO

Cəlilabadlı narkobaron və satıcısı saxlanıldı - FOTOCəlilabad rayon sakini olan narkobaron və ona məxsus narkotik maddələri satan şəxs saxlanılıb.

Moderator.az-ın DİN-ə istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Ceyhun Məmmədov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman satış üçün hazır qablaşdırılmış formada 34 ədəd bükümdə ümumi çəkisi 15 qrama yaxın heroin, həmçinin 2 büküm psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

C.Məmmədovun Xətai rayonunda kirayədə yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 445 qram heoin, 47,666 qram metamfetamin, 1,709 qram marixuana və elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri Zaur adlı şəxsdən satmaq məqsədi ilə 10000 manata aldığını bildirib.

Həmin şəxs, Cəlilabad rayon sakini Zaur Məmmədov Qaradağ rayonu ərazisində saxlanılaraq istintaqa təqdim olunub. Onun üzərində şəxsi axtarış aparılan zaman 525 qram narkotik vasitə olan heroin, 50,125 qram tiryək və 31,020 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
Cəlilabadlı narkobaron və satıcısı saxlanıldı - FOTO

Cəlilabadlı narkobaron və satıcısı saxlanıldı - FOTO

  • 4-12-2018, 11:18
  • 538


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  2. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  3. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  4. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  5. Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”
  6. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
  7. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
  8. DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub
  9. BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
  10. Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI