Rusiyalı hərbi ekspert:"ABŞ Rusiyaya qarşı nüvə savaşı ssenarisi hazırlayır"

689 2-05-2019, 14:50 dunya

Rusiyalı hərbi ekspert:"ABŞ Rusiyaya qarşı nüvə savaşı ssenarisi hazırlayır"ABŞ Rusiyaya qarşı məhdud nüvə müharibəsi aparmaq ssenarisi hazırlayır.

Bunu “RİA Novosti”yə açıqlamasında rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. O bu müharibə ssenarisinin Avropada gerçəkləşdirilə biləcəyini deyib:

“Rusiyanın Pentaqon generallarının hər sözünə reaksiya verməsinə ehtiyac yoxdur. Rusiya ordusunun hazırlığı və təlimləri istənilən ssenarinin neytrallaşdırılmasına imkan verir. Pentaqonun Rusiyaya qarşı taktiki nüvə silahı tətbiqi avtomatik ABŞ-ın mərkəzinə nüvə raketlərinin endirilməsi anlamına gələcək”.

Qeyd edək ki, bundan öncə ABŞ Müdafiə nazirinin müavininin köməkçisi Devid Traxtenberq ABŞ-ın Rusiyanın qarşısını alması üçün kiçik güclü nüvə silahları hazırladığını bildirib. (Axar.az)

XƏBƏR LENTİ