6 rayonda narkotiklə bağlı əməliyyat keçirildi –Saxlanılanlar var

6 rayonda narkotiklə bağlı əməliyyat keçirildi –Saxlanılanlar varRespublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 12 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 350 ədəd çətənə kolları aşkar edilərək dövriyyədən çıxarılıb.

DİN Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilənməlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılmış Ağcabədi rayonunun Yeni Qaradolaq kənd sakini S.Məmmədovdan 1,5 kiloqramdan artıq heroin və elektron tərəzi, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılmış qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Nurullayevdən 2 kiloqrama yaxın marixuana götürülüb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş A.Həsənov 5,3 kiloqram tiryəki satarkən cinayət başında yaxalanıb.

Beyləqan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Saatlı rayon sakini A.Qarayevin Şərq qəsəbəsinin ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 300 ədəd çətənə kolu, habelə həmin yerdə saxladığı 2,9 kiloqram marixuana aşkar edilərək götürülüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Viyən kənd sakini M.Kazımova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əzizov və Bakı şəhər sakini olan qohumu, əvvəllər məhkum olunmuş T.Nağıyev tərəfindən Qıraqlı kəndi ərazisində kultivasiya yolu ilə yetişdirilmiş 39 ədəd çətənə kolu aşkar edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

6 rayonda narkotiklə bağlı əməliyyat keçirildi –Saxlanılanlar var

  • 25-06-2019, 12:19
  • 500


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI