Bakıda 17 yaşlı qız itkin düşüb.
APA-nın məlumatına görə, Binəqədi rayon sakini Aynurə Abbaszadə Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək qızı, 2002-ci il təvəllüdlü Səma Abbaszadənin iyulun 1-də yaşadıqları evdən çıxaraq getdiyini və bir daha geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Xeberdar.net