AQTA sədri:"Ət və süd məhsulları üzərində nəzarət daha da gücləndiriləcək"

AQTA sədri:"Ət və süd məhsulları üzərində nəzarət daha da gücləndiriləcək"“Biz beynəlxalq standartlara uyğun olaraq risk əsaslı nəzarət mexanizmi həyata keçiririk. Yüksək riskli məhsullar üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün istər ət və ət məhsulları üzərində, istərsə də süd və süd məhsulları üzərində qida təhlükəsizliyinə nəzarət sistemi daha da gücləndiriləcək”.

Bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, nəzarət sistemi həm idxal olunan, həm də ölkədə istehsal olunan məhsullar üzərində olacaq.

AQTA sədri bildirib ki, mövsümlə əlaqədar bəzi müəssisələrdə monitorinqlər həyata keçirilir: “Bizə müxtəlif istehlakçılar tərəfindən 1003 “qaynar xətt”inə məlumatlar daxil olur. Həmin məlumatlar Agentlik tərəfindən nəzarətə götürülür və müvafiq qaydada yoxlamalar aparılır. Təəssüf ki, son zamanlar aşkarladığımız istehsal müəssisələrinin heç biri qüvvədə olan norma və qaydalara uyğun deyil. Onların istehsal etdikləri məhsullar insan qidası üçün yararsız məhsullar olduğu üçün həmin müəssisələrin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb”. /APA

AQTA sədri:"Ət və süd məhsulları üzərində nəzarət daha da gücləndiriləcək"

  • 8-07-2019, 15:38
  • 419


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  2. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  3. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  4. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  5. Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”
  6. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
  7. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
  8. DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub
  9. BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
  10. Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI